Futbol klubunun prezidentinin evi oyun zamanı qarət olundu

Kiprin “Apollon” futbol klubunun prezidenti Nikos Kirzisin evi qarət olunub.

Bu barədə “Filelefteros” qəzeti yazır.

Nəşrin məlumatına əsasən, hadisə şənbə günü, dekabrın 14-də Kirzisin komandasının oyunu zamanı baş verib. 

Siqnalizasiya klubun prezidenti evindən çıxdıqdan təxminən yarım saat sonra işə düşüb. 

Naməlum şəxslər Kirzisin evinə girərək qiymətli əşyaları, o cümlədən təxminən 20 min avro dəyərində saat götürüblər.

Polis faktla bağlı araşdırma aparır.

 

0.30053496360779