“Qəbələ” “Sabah”a ümid yeri qoymadı
Bu gün futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinin ilk oyunlarına start verilib.
Bakunews.media xəbər verir ki, ilk qarşılaşma Qəbələdə baş tutub.
Yerli komanda doğma meydanda “Sabah”la üz-üzə gəlib.
Görüş qəbələlilərin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Əyalət klubunun heyətində Klesio Bauk iki qol vurubsa, Ülvi İsgəndərov bir dəfə fərqlənib.
Ölkə kuboku
1/4 final (ilk oyunlar)
“Qəbələ” - “Sabah” - 3:0
Qollar: Klaesio Bauk, 19, 43, Ülvi İsgəndərov, 87