Türkiyə yeni kamikadze dronlarla silahlanacaq – VİDEO
Türkiyə Silahlı Qüvvələri yüzlərlə yeni nəsil kamikadze dronlarla silahlanacaq.
“Anadolu” xəbər verir ki, Türkiyə hərbi sənaye idarəsi və STM müdafiə şirkəti PUA-ların tədarükü haqqında razılaşma əldə ediblər.
Razılaşmaya əsasən, Silahlı Qüvvələr 356 “Kargu-2” dronu hazırlanacaq.
Dronlar mükəmməlləşdirilmiş infrasəsli nəzarət sistemi ilə təçhiz olunub və daha uzaq məsafəyə uça bilir.