Milyonçu fermerin oğlu məktəb yoldaşını qətlə yetirdi

Britaniyanın Çeşir qraflığında 15 yaşlı Alek Roddanın meyitinin tapılmasından bir neçə saat sonra həmin ərazidə yaşayan milyonçu fermerin 18 yaşlı oğlu Metyu Meyson həbs olunub. Onların eyni məktəbdə oxuduğu bildirilir.

Bu barədə “The Guardian” xəbər yayıb.

Bildirilir ki, Aleks Roddanın cəsədi yarıçılpaq halda olub.

Mesyona qarşı “qətl” və “qanunsuz bıçaq saxlama” maddələri ilə ittiham irəli sürülüb.

Natsfordda bir milyon funt sterlinq dəyərində fermada yaşayan Meysonun da əvvəllər “Holmes Chapel Comprehensive” məktəbinin şagirdi olduğu bildirilib.

Polis cinayətin motivləri barədə açıqlama verməyib.

0.28512907028198