Qusarda bir gündə 11 nəfər zəhərləndi? - AÇIQLAMA

Qusarda bir gündə 11 nəfərin zəhərləndiyi ehtimal olunur.

Bakunews.media xəbər verir ki, Qusar rayon Mərkəzi Xəstəxanasına zəhərlənmə ilə bağlı müraciət edən 11 nəfərdən səkkizində zəhərlənmə əlamətləri müşahidə edilib.

Bakunews.media-a açıqlama verən xəstəxananın baş həkimi Mübariz Zeynalov bildirib ki, kənddə bitkilər dərmanlanıb:

“Dərmanlanmış göyərtidən hazırlanan qutabı yeyən bir ailənin səkkiz üzvü zəhərlənib. Digər ailə “Rollton” supundan zəhərləndiyini iddia etsə də, onlarda daha çox infeksiya əlamətləri müşahidə edildi. Hər iki ailə müayinələrdən sonra ambulator müalicəyə buraxılıb. Analizin cavablarını gözləyirik”.

Qeyd edək ki, dekabrın 15-i gecə saatlarında beşi uşaq olmaqla, bir ailənin səkkiz üzvü, digər ailədən isə üç nəfərin qidadan zəhərlənməsi iddiası ilə Qusar Rayon Mərkəzi Xəstəxanasına müraciət edib.

Dursun Tağıyeva

0.30276298522949