Serj Sarqsyan keçmiş nazirlə üzləşdirildi

Ermənistanın Xüsusi İstintaq Xidməti sabiq prezident Serj Sarqsyan və Kənd Təsərrüfatı Nazirliyinin keçmiş rəhbəri Serqo Karapetyanın iştirakı ilə üzləşmə keçirib.

Məlumatı Ermənistanın “Haykakan Jamanak” dərgisi yayıb.

Dekabrın 4-də Ermənistan Xüsusi İstintaq Xidməti eks-prezidentə Cinayət Məcəlləsinin mənimsəmə və israf etmə ittihamını irəli sürüb.

Sabiq prezident 2013-cü ilin 25 yanvar – 7 fevral tarixi aralığında 489 milyon dram (1 milyon dollardan çox) mənimsəməkdə, israf etməkdə və oğurlamaqda ittiham olunur.

Serj Sarqsyanın vəkili Amram Makinyan hüquqlarını müdafiə etdiyi şəxsin üzləşmə prosesində iştirak etdiyini təsdiqləsə də, istintaqda iştirak edən digər şəxsin adını açıqlamayıb.

0.30785393714905