“PayPal” Rusiyada elektron pul kisələrini bloklayacaq

ABŞ-ın “PayPal” elektron ödəniş sistemi martın 18-dən Rusiyada elektron pul kisələrini bloklayacaq.

Belə ki, “PayPal Ukraynadakı son hadisələrə görə, Rusiyadan ödənişlərin göndərilməsini və bu ölkəyə qəbulunu dayandırmaq qərarına gəlib.

Mümkün əlavə xidmət pozuntularını minimuma endirmək üçün 18 mart 2022-ci il tarixinədək hesabınızdan balansı götürməyinizi sizdən xahiş edirik”, - “PayPal”ın məlumatında qeyd olunur.

Mənbə: Mk.ru

0.37551212310791