Azərbaycan və Ermənistan sərhədində nəzərdə tutulan işlərin təxminən 35 faizi yerinə yetirilib - YENİLƏNİB
“Geodeziya ölçmələri əsasında Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasındakı sərhəddə koordinatların dəqiqləşdirilməsi işləri çərçivəsində 26 aprel 2024-cü il tarixinə planlaşdırılan işlərin təxminən 35 faizi yerinə yetirilib, 28 sərhəd dirəyi quraşdırılıb. İki dövlətin ekspert qruplarının işi davam edir”.
“Report” xəbər verir ki, bu barədə Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevin Xidməti məlumat yayıb.
17:53
“Tavuş və Qazax arasındakı ərazidə sərhədin delimitasiyası prosesi texniki cəhətdən başa çatıb”.
Bu barədə Ermənistan Parlamentinin Müdafiə Komissiyasının sədri Armen Xaçatryan bildirib.
O qeyd edib ki, texniki baxımdan tamamlama Ermənistan-Azərbaycan sərhədinin keçdiyi hissənin Alma-Ata bəyannaməsinə uyğun olaraq müəyyən və təsdiq edilməsi deməkdir.
“Yəni, bu sütunlar Sovet Ermənistanı ilə Sovet Azərbaycanı sərhədindəki keçid məntəqələrində quraşdırılıb”, - deyə Xaçatryan qeyd edib.
Mənbə: Ermənistan KİV