Bakıda 45 yaşlı kişi avtomobili dirəyə çırpıb

Sabunçu rayonunda yol-nəqliyyat hadisəsi zamanı sürücü xəsarət alıb.

Hadisə Zabrat qəsəbəsində baş verib. Belə ki, 45 yaşlı Kərimov Valeh İslaməli oğlu idarə etdiyi minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə avtomobil yol kənarındakı dirəyə çırpılıb.

Hadisə zamanı sürücü xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Ona döş qəfəsinin küt travması diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Kamil Əmirli

Elşad Mətləboğlu

0.38252997398376