Dünyanın ən qoca cütlüyü toylarının 80-ci ildönümünü qeyd etdi - VİDEO

Dünyanın ən qoca cütlüyü - 106 yaşlı Con Henderson və 105 yaşlı Şarlotta toy mərasimlərinin 80-ci ildönümünü qeyd edib.

“CNN” xəbər verir ki, təntənəli mərasim Texas ştatının Lonqhorn şəhərində baş verib.

Cütlük mərasimə 1920-ci il istehsallı ikiyerlik avtomobillə gəlib. Henderson həyat yoldaşına ilk görüşlərində olduğu kimi gül dəstəsi hədiyyə edib. 

Qeyd edilir ki, cütlük 1934-cü ildə Texas Universitetində tanış olub və 1939-cu ildə nigahı rəsmiləşdirib. 

 

0.30694007873535