Fəhlələr səkidə döşəmə əvəzinə onun təsvirini yaratdılar – FOTO

Kalininqradda (Rusiya) fəhlələr səkidə döşəmə əvəzinə onun təsvirini yaradıblar.

“Klops” xəbər verir ki, döşəmə ticarət obyektinin əvəzinə vurulub. 

Sahibkar obyektin xeyir gətirmədiyindən onu söküb əvəzinə isə ətrafdakı səkiyə uyğun döşəmə vurmaq qərarına gəlib. Fəhlələr yerə beton tökərək üzərində “plitə” şəkilli səki çəkiblər.

Belə görüntü sakinlərin qəzəbinə səbəb olub. Şəhər administrasiyasından bilidirblər ki, yaxın vaxtda həmin sahə qaydasına salınacaq. 

 

0.28974390029907