Lotereya qalibinin tövsiyəsinə əməl edərək milyon dollar qazandı

ABŞ-ın Missuri ştatında Cefferson dairəsinin sakini lotereya qalibinin tövsiyəsinə əməl edərək milyon dollarlıq (1.7 milyon AZN) cek-pot qazanıb.

Bu barədə UPI informasiya portalı xəbər yayıb.

Ceyms Deyn lotereyada 10 milyon dollar qazanan bir kişi ilə qarşılaşdığını deyib. Qalib ona hər zaman iki lotereya bileti almağı tövsiyə edib.

Sonra Deynq tövsiyəyə uyğun olaraq “Million Cash Explosion”dan iki bilet alıb.

“İlk bilet mənə qalibiyyət qazandırmadı. O zaman mən ikinci biletin müdafiə qatını silməyə başladım və dollar işarəsi gördüm. Düşündüm ki, hardasa 30 dollar qazanmışam. Ancaq sildikcə sıfırların sayı artırdı...”, - deyə amerikalı baş verənləri danışıb.

Nəticədə, yad adam onu milyonçu edib.

Qalib xoş xəbəri xanımı ilə bölüşmək üçün dərhal evə qaçıb.

“Mən ondan soruşdum ki, 10 min dollarımız olsaydı, neyləyərdi? O, belə bir mükafatı gözləmədiyi üçün bu barədə heç təsəvvürü olmadığını deyib. O zaman mən ona uduşlu bileti göstərərək dedim: “Bəs milyona nə deyirsən?”, - deyə o bildirib.

0.33458089828491