Qadın mühafizəçi oğrunu döşəməsilənlə qovdu - VİDEO

Rusiyanın Novosibirsk vilayətinin Ob şəhərində yanacaqdoldurma məntəqəsinin işçisi oğrunu döşəməsilənlə qova bilib.

Müşahidə kameralarına düşən görüntülər “Telegram” kanalda yayımlanıb.

Mağazaya daxil olan soyğunçu mühafizəçinin üzünə gözyaşardıcı qaz vurur. Zərərli qazın təsirindən mühafizəçi küçəyə qaçır, oğru isə kassadan pulları oğurlamağa başlayır. Hadisədən xəbər tutan digər mühafizəçi qadın mağazaya daxil olaraq soyğunçuya mane olmağa çalışır. Ən sonda döşəməsilənə əl atan mühafizəçi çətinliklə də olsa, oğrunu hadisə yerindən qaçmağa məcbur edə bilir.

Son məlumata əsasən, oğru dükandan yeddi min rubl vəsait oğurlayıb. Onun axtarışları davam etdirilir.

0.57029294967651