Qanqstersayağı atışma: Amerika kazinosunda üç nəfər öldürüldü

ABŞ-ın Qreyt-Fols şəhərində (Montana ştatı) kazinoda baş verən atışmada üç nəfər ölüb.

TASS xəbər verir ki, hadisə “Emerald Casino”da baş verib.

Atışma yerinə çağırılan tibb işçiləri üç nəfərin cəsədini aşkar ediblər. Daha sonra xəstəxanada daha bir nəfər yaralı tapılıb.

Polis hadisəni törədən şəxsi əməliyyat nəticəsində tapıb və onu zərərsizləşdirib. 

0.36630892753601