Türkiyə XİN: ABŞ Konqresinin üzvləri iki ölkə arasında münasibətlərə zərər vururlar

ABŞ Konqresinin üzvləri Ankara ilə düşmənçilik edən qüvvələrin təsiri altında  Türkiyə ilə ABŞ arasındakı əlaqələrə zərər verməyə davam edirlər.

“RİA Novosti” xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər nazirliyi bəyanət yayıb.  

“Ölkəmizin F-35 proqramı üzrə yerinə yetirdiyi bütün öhdəliklər nəzərə alınmadan əngəllənir, S-400-lə bağlı ölkəmizə sanksiya tələbi yenilənir, “Türk axını” layihəsinə qarşı çıxılır. Bütün bunlar Konqresin bizim suveren qərəlarımıza hörmətsiz yanaşmasından irəli gəlir”, - deyə XİN bildirib. 

Rəsmi Ankara təhdid, təzyiq və sanksiya dilinin Türkiyəni təhlükəsizlik uğrunda mübarizədən çəkindirməyəcəyinə əmin olduğunu ifadə edib:

“Heç kimin şübhəsi olmasın ki, Türkiyə əleyhinə yönələn addımlara qarşı adekvat cavablar veriləcək”.

0.33459687232971