“Kamp Nou” ətrafında hadisələr futbol meydanında baş verənlərdən daha “qaynar” oldu - VİDEO

“Real Madrid” və “Barselona” klubları arasında “Kamp Nou”da keçirilən matç zamanı stadion ətrafında Kataloniya radikalları ilə polis arasında toqquşmalar baş verib.

“El Periodico” xəbər verir ki, qarşıdurma nəticəsində 46 nəfər xəsarət alıb, 5 nəfər hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. 

Futbol matçının başlanmasından əvvəl "Demokratik tsunami" hərəkatının üzvləri stadionun ətrafındakı küçələrdə zibil konteynerlərindən və yol nişanlarından ibarət barrikadalar qurub, polisə müxtəlif əşyalar atıblar. Polis radikallara dəyənəklər və rezin güllələrlə cavab verib. 

 

0.7468318939209