ABŞ Dövlət Departamentinin Qafqazda danışıqlar üzrə baş müşaviri Bakıya səfər edib - FOTO

ABŞ Dövlət Departamentinin Qafqazda danışıqlar üzrə baş müşaviri Endryu Şofer Azərbaycanda səfərdədir.

Bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyi “Twitter”də məlumat yayıb.

“24-29 Aprel tarixlərində Bakıda səfərdə olan ABŞ Dövlət Departamentinin Qafqazda danışıqlar üzrə baş müşaviri Endryu Şoferi salamlayırıq. ABŞ Cənubi Qafqazın dinc, demokratik və firavan gələcəyini təşviq etmək üçün ikitərəfli və çoxtərəfli qaydada əməkdaşlıq etməyə sadiqdir”, - paylaşımda deyilir.

 

0.34417319297791