Rusiyanın “ən bahalı gəlin”i ifadə verdi

Rusiyanın ən bahalı gəlini hesab edilən Xədicə Quçerieva DİN-də ifadə verib.

Tengrinews.kz-ın məlumatına görə, 22 yaşlı X.Quçerieva milyarder Mixail Quçerievin hazırda ölkə xaricində olan oğlu Səidin arvadıdır.

O, qayınatası və ərinin şübhəli bilindiyi vergi fırıldaqları və qeyri-qanuni neft daşınması barədə sorğu-sual olunub.

Daha əvvəl milyarderin  evində və ofislərində axtarış aparıldığı bildirilib.

Qeyd olunur ki, neft məhsullarının qanunsuz qaçaqmalçılığı ilə əlaqədar cinayət işi açılıb və dəyən zərərin dəyəri iki milyard rubldan çox (54 milyon AZN) qiymətləndirilir.

Mixail Quçeriyev SAFMAR sənaye və maliyyə qrupunun əsas səhmdarıdır. O, həmçinin Rusiyanın ən böyük pərakəndə şirkətləri “M.Video” və “Eldorado MMC”də pay sahibi, Azərbaycanda və Qazaxıstanda neft istehsal edən Böyük Britaniyaya məxsus “GCM Global Energy Inc” şirkətinin sahibidir.

 2002-ci ildən hər il Rusiyanın ən varlı iş adamları siyahısına daxil edilən, Nur-Sultan şəhərində “Saad-Mariott” hotelinin sahibi olan Qazaxıstan vətəndaşının sərvətini “Forbes” jurnalı 6,4 milyard dollar qiymətləndirib.

“Ölkənin ən bahalı gəlini” X.Quçerievanın gəlinliyi 25 milyon rubl (680.000 AZN) dəyərində olub.

Onun Moskva və Londonda baş tutan, 20 milyon avroya başa gələn toy mərasimində Beyons, Ceniffer Lopez, Enrike İqlesias, Alla Puqaçova və Stinq çıxış ediblər.

0.41597390174866