Şotlandiya ikinci dəfə müstəqillik haqqında referendum keçirəcək

Şotlandiya hökuməti müstəqillik haqqında referendumun keçiriləcəyi barədə Londona rəsmi müraciət göndərir.

“RİA Novosti” xəbər verir ki, bunu Şotlandiyanın birinci naziri Nikola Stercen bildirib.

Əvvəllər o referendumun keçirilməsi haqqında məsələnin həll olunduğunu dilə gətirib. Söz verildiyi kimi rəsmi muraciət ilin axırına kimi göndərirlib.

“Şotlandiya üçün öz müqəddəratını təyin etmək altеrnativ gələcəyin müəyyənləşdirməsi deməkdi, çünki “Brexit”ə səs verməsək də onu bizə yeridirlər. Gələcəyimizi özümüz seçməliyik”, - deyə Stercen qeyd edib.

Onun sözlərinə görə, Şotlandiya höküməti referendumun keçirilməsi barədə Böyük Britaniya hökumətindən səlahiyyət verməyi xahiş edir.

Referendumun 2020-ci ildə keçiriləyi bildirilir.

2014-cü ildə müstəqillik haqqında ilk referendumda əksəriyət Birəşmiş Krallıqın tərkibində qalmaqa səs vermişdilər. Lakin 2016-ci ildə “Brexit” üzrə səs vermədə Şotlandiya Avropa İttifaqından çıxmağın əleyhinə çıxıb.     

0.31403803825378