Zərbə dəymədən: MMA döyüşçüsü doqquz saniyyədən sonra təslim oldu - VİDEO

Xorvatiyada MMA qaydaları ilə keçirilən “Fight Nation Championship” yarışında bosniyalı Adi Durakoviç və argentinalı Fransisko Barrio arasında döyüş cəmi doqquz saniyyə davam edib.

Durakoviç referiyə yaxınlaşaraq döyüşü davam edə bilməyəcəyini bildirib. Argentinalı döyüşçü heç bir zərbə endirmədən qələbə qazanıb.

Daha sonra Durakoviç döyüşü sinəsindəki bərk ağrılara görə dayandırdığını açıqlayıb. Bosniyalının sözlərinə görə, oktaqondan çıvandan sonra o bir neçə dəfə huşunu itirib.

Lakin xəstəxanada həkimlər onda ciddi bir xəstəlik aşkar etməyib və evə göndərib.

1.1109969615936