Uduzulmuş mərc: rusiyalı “Gelandwagen”ini helikopterdən aşağı buraxdı – VİDEO

Kareliyada iki rusiyalı “Mercedes Gelandwagen” avtomobilini helikopterdən yerə tullayıblar.

Yerli KİV-lərin yaydığı məlumata görə, hadisə uduzulmuş mərcin nəticəsi baş verib.

İki Moskva sakini mərc ediblər, şərtlərinə əsasən isə uduzan maşınını helikopterdən tullamalı idi.

Moskva ərazisində buna imkan olmadığından yoldaşlar Kareliyaya üz tutublar.

Peski aeroportunda onlar 20 dəqiqəlik uçuş üçün 250 min rubl ödəyiblər. “Gelandwagen” trosla helikopterə bağlanaraq göyə qaldırılıb, təxminən 300 metr hündürlükdən yerə buraxılıb.

Aeroport işçiləri maşının qalıqlarını metal qəbuluna təhvil veriblər. Onalr baş verəni “presedentsiz hadisə” adlandırıblar.

0.40727710723877