“Lord” Ramal Minskdə 2018-ci ilin ən yaxşı kikboksçusu ilə döyüşəcək - FOTO/VİDEO

Fevralın 29-da kikboksinq üzrə dünya çempionumuz Ramal Aslanov növbəti peşəkar döyüşünə çıxacaq.

Bakunews.media-ın xəbərinə görə, “Lord” ləqəbli azərbaycanlı idmançı Belarusun paytaxtı Minskdə keçiriləcək MGC Live 2 Fight döyüş gecəsi çərçivəsində yerli idmançı Maksim Spodarenko ilə qarşılaşacaq.

Rəqib ötən ilin WAKO-da Avropa çempionu və həmin ilin ən yaxşı kikboksinq döyüşçüsü sayılır. 73 kq çəki dərəcəsində baş tutacaq bu görüş gecənin əsas döyüşü olacaq.

Qeyd edək ki, Maksim Spodarenkonun rəqibi əvvəlcə Böyük Britaniyadan Markus Pauel olsa da, müəyyən səbəblərdən rəqib dəyişdirilib.

Səbuhi Musayev

0.91206097602844