“Sumqayıt” yenə “Neftçi”ni Azərbaycan kubokundan kənarlaşdırdı

Futbol üzrə Azərbaycan kubokunda digər yarımfinalçının adına aydınlıq gəlib.

Bakunews.media xəbər verir ki, Sumqayıtda keçirilən qarşılaşmada yerli komanda “Neftçi” ilə qolsuz heç-heçə edib.

Bakıda keçirilən ilk görüşdə “Sumqayıt” 1:0 qalib gəldiyindən, mərhələni də onlar keçib. Onların rəqibi saat 20:00-da başlayacaq “Keşlə” – “Qarabağ” oyunundan sonra bilinəcək.

Xatırladaq ki, digər yarımfinal cütündə “Zirə” və “Qəbələ” komandaları qarşılaşacaq.

Qeyd edək ki, “Sumqayıt” ardıcıl ikinci ildir ki, “Neftçi”ni ölkə kubokundan uzaqlaşdırır. Ötən mövsüm Gənclik şəhəri təmsilçisi “Neftçi”nin yolunu yarımfinalda kəsmişdi. Səbuhi Musayev

0.34368991851807