Parisdə taksi xidmətlərinin qiyməti iki dəfəyə yaxın artdı - SƏBƏB

Parisdə ictimai nəqliyyat işçilərinin uzunmüddətli tətilləri taksi xidmətləri sahəsində böhran yaradıb.

Xarici kütləvi informasiya vasitələrinin yaydıqları məlumata əsasən, nəqliyyat xidməti sahəsində yaranan çatışmazlıqdan istifadə edən bir sıra taksi sürücüləri qiymətləri süni olaraq qaldırır.

Bu gün “Le Parisien” dərgisi portuqaliyalı turistin şikayətini ictimailəşdirib. Belə ki, aeroporta getmək istəyən turistə yol xərcinin 80 avro olacağını desələr də, təyin olunmuş ünvana çatandan sonra taksi sürücüsü tıxac və sürücülərin tətilə çıxmasını əsas gətirərək müştəridən 135 avro tələb edib.

Rəsmilər isə süni qiymət artımının qarşısını almaq məqsədi ilə turistlərə müraciət edərək rəsmi taksi şirkətlərinin xidmətindən yaralanmağı tövsiyə edirlər. 

0.32040095329285