Venesuelada təyyarə qəzaya uğradı – iş adamları öldülər

Venesuelada “Caracas Oscar Machado Zuloaga” hava limanının səkkiz kilometr yaxınlığında “Beechcraft 100 King Air” özəl təyyarəsi qəzaya uğrayıb.

Bu barədə “Infobae” nəşri yazır.

Ölkənin Baş prokuroru Tarek Vilyam Saabın verdiyi məlumata əsasən, hadisə təyyarə eniş edərkən baş verib.

“Təəssüf ki, Venesuelanın doqquz vətəndaşı həlak olub. Onların yaxınlarına baş sağlığı verirəm”, - deyə məmur bildirib.

Saab qeyd edib ki, mütəxəssislər bir neçə saat ərzində aviaqəzanın detallarını araşdıracaqlar.

İlkin məlumatlara görə, təyyarə Bolivar ştatından havaya qalxıb. Onun göyərtəsində iş görüşməsinə gedən biznesmenlər olub.

 

0.93829393386841