Ruslan Abışov: “Deyirdilər ki, Sevdanın klipinə çəkilib deyə zəif oynayır”

Təklif gəldi ki, çəkilim. Hansısa bir futbolçunun tanınmış müğənnimizin klipində rol alması olmamışdı.

Axşam.az xəbər verir ki, bu sözləri “Neftçi” futbol klubunun yarımmüdafiəçisi Ruslan Abışov AzTV-də yayımlanan “Telesəhər Ell və Nikki ilə” verilişində deyib.

O, müğənni Sevda Yahyayevanın iki klipində aktyor kimi özünü sınamasından söz açıb:

“İki klipə çəkilmişəm. Qardaşımla Sevdanın prodüseri danışmışdılar. İdman sahəsində ajiotaj oldu. Hansı oyunu pis oynayırdımsa, deyirdilər ki, klipə çəkilib deyə belədir – zəif oynayır”.

0.44474601745605