Azərbaycan Premyer Liqasında XXXIV tura yekun vurulur
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXXIV tura yekun vurulacaq.
Bakunews.media xəbər verir ki, son olaraq iki qarşılaşma gerçəkləşəcək.
Çempionatda sonuncu olacağı dəqiqləşən “Qəbələ” avrokuboklara iddialı “Sabah”ı qəbul edəcək. “Qırmızı-qaralar”ın 20 xalı var. Paytaxt təmsilçisi hələlik 52 xalla dördüncü pillədə qərarlaşıb.
Tur Sumqayıtda başa çatacaq. Şəhərin eyniadlı komandası “Səbail”i sınağa çəkəcək. “Gənclik şəhəri” təmsilçisi 51 xalla 5-ci “dənizçilər” 42 xalla yeddinci sıradadır.
Azərbaycan Premyer Liqası
XXXIV tur
17:00. “Qəbələ” - “Sabah”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Rəşad Əhmədov
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Erkin Hüseynov
Qəbələ şəhər stadionu
19:30. “Sumqayıt” - “Səbail”
Hakimlər: Rəvan Həmzəzadə, Kamran Bayramov, Şirmamed Mamedov, Kamal Umudlu
Hakim-inspektor: Rəhim Həsənov
AFFA nümayəndəsi: Elçin Məmmədov
M.Hüseynzadə adına Sumqayıt şəhər stadionu
Qeyd edək ki, daha əvvəl “Neftçi” “Kəpəz”i (5:1), “Turan Tovuz” “Araz-Naxçıvan”ı, “Qarabağ” “Zirə”ni (hər ikisi 1:0) məğlub edib.