Kral ailəsində həyəcan: II Yelizavetanın 98 yaşlı əri xəstələndi

Kral ailəsində Milad ziyafətinə hazırlıq qəfil bir hadisə ilə kölgədə qalıb.  

Press Association xəbər verir ki, Böyük Britaniyanın kraliçası II Yelizavetanın əri, Edinburq hersoqunun qəfildən səhhətində problemlər yaranıb.  

O, təcili şəkildə helikopterlə “Sandringham” kral malikənəsindən xəstəxanaya aparılıb.  

Bu barədə “Bukingem Sarayı” nəşri məlumat verib.  

98 yaşlı Filipp tibb müəssisəsinə yerləşdirilib. Kral ailəsinin nümayəndələri bunun yalnız “təhlükəsizlik tədbiri” olduğunu açıqlayıb.  

Deyilənə görə, Kraliçanın əri Milad süfrəsinə vaxtında oturmalıdır.  

Rəşad Əliyev 

0.30305981636047