Yola salınan ilin ən pis filmlərinin reytinqi hazırlandı

Kinotənqidçilər 2019-cu ilin ən pis filmlərinin reytinqini tərtib ediblər.

Bu barədə  “Hollywood Reporter” məlumat verir.

Reytinqdə birinci pilləni “Arktikanın keşikçiləri” cizgi filmi tutub. İkinci yerdə “Pişiklər” müziklinin ekran işi, üçüncü mövqedə isə “Qara Feniks” filmi qərarlaşır.   

Ən pis filmlərin onluğuna müvafiq olaraq “maraqsız” “Domino” trilleri, Con Travoltanın çəkildiyi “Fanat” filmi, “Şeron Teytin ruhları”, “Milyon xırda qəlpələr”, “Rembo: Son qan”, “Sakitlik” və “Çiyin-çiyinə” ekran işləri daxil edilib. 

0.32175397872925