Qətərdə keçirilən klublararası DÇ-da qızlar ilk dəfə top verdilər - VİDEO

Dohada (Qətər) futbol üzrə klublararası dünya çempionatına yekun vurulub. Turnirin final oyunu İngiltərənin “Liverpul” və Braziliyanın “Flamenqo” klubları arasında keçirilib. “Qırmızılar” 1:0 hesabı ilə qələbə qazanıblar.

Qeyd edək ki, Qətərdə ilk dəfə top verən uşaqlar arasına qızlar cəlb edilib. Müsəlman ölkəsi üçün isə bu, çox mühüm hadisədir.

Uşaqları qadın futbolunu təbliğ edən layihə çərçivəsində cəlb ediblər. Topları verməyə kömək edən bütün qızlar yerli özəl məktəblərdən birində futbolla məşğul olurlar. Lakin uşaqların özləri yerli sakinlər deyillər. Onların valideynləri Qətərdə digər ölkələrdən dəvət olunmaqla işləyən muzdlu əməkdaşlardır.

 

0.63840985298157