Modriç gələcəyi ilə bağlı qərar verdi
Luka Modriçin “Real”la müqaviləsi iki aydan sonra başa çatır. Xorvatiya təmsilçisinin müqaviləni yeniləməyəcəyi dəqiqləşib.
Modriç 2012-ci ildə “Real Madrid”ə keçib. Kral klubu “Tottenhem”in hesabına 35 milyon avro köçürüb. O vaxtdan bəri xorvatiyalının aktivində 530 matç, 39 qol və 85 məhsuldar ötürmə var.
Xorvatiya təmsilçisinin “Real Madrid”lə keçirəcəyi cəmi beş matçı qalıb.
Modriçin mövsüm bitdikdən sonra hara keçəcəyi hələlik məlum deyil.
38 yaşlı futbolçunun xidmətində Zaqreb “Dinamo”su və “Ən-Nəsr” maraqlıdır.
Mənbə: eurofootball.ru