Salah klublararası dünya çempionatının “Qızıl top”una layiq görüldü - FOTO

 

İngiltərənin “Liverpul” klubunun forvardı Məhəmməd Salaha 2019-cu ilin klublararası dünya çempionatının nəticəsinə görə ən yaxşı futbolçu kimi turnirin "Qızıl top" mükafatı təqdim olunub.

Bu barədə FİFA-nın mətbuat xidmətinin “Twitter” səhifəsinə məlumat yerləşdirilib.

Yarışın dekabrın 21-də Dohadakı (Qətər) “Halifa İnternational” stadionunda keçirilmiş final matçında “qırmızılar” əlavə vaxtda “Flamenqo”ya 1:0 heabı ilə qalib gəlib.

Salah, demək olar, bütün qarşılaşma müddətində meydanda olub və yalnız final fitinə az qalmış əvəz olunub. “Monterre” ilə yarımfinal görüşündə isə forvard əvəz edilmədən oynayıb.

Qeyd edək ki, “Liverpul” tarixində ilk dəfə klublararası dünya çempionatının qalibi olub. 

0.36399602890015