Kadırov Yemelyanenkonu təkbətək döyüşə çağırdı

Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırov MMA döyüşçüsü Aleksandr Yemelyanenkonu təkbətək döyüşə çağırıb.

Kadırov “İnstagram” hesabında Aleksandra döyüş təklif edib:

“Axşamınız xeyir. Bizim idman aləmində belə bir dəb baş qaldırıb – kim tənbəllik etmirsə, Aleksandr Yemelyanenkonu döyüşə çağırır. Mən də bunu etmək qərarına gəlmişəm. Lakin hələlik bilmirəm, hansı idman növündə döyüşəcəyik”.

Yemelyanenkonun cavabı da özünü çox gözlətməyib. O, Kadırovun videosunu belə bir şərhlə paylaşıb:

“Yemelyanenkonu döyüşə çağır fleşmobu dostum Ramzana qədər çatıb”.

0.47825288772583