Kamil Zeynallı Hindistandan sonra Çini də “fəth etdi” - VİDEO

Bir neçə ay öncə Hindistana gedib başını macəralarla qatan məşhur idmançı Kamil Zeynalov bu dəfə Çin Xalq Respublikasına yollanıb.  

Bakunews.media xəbər verir ki, Kamil Çinin ən böyük meqapolisi Şanxaya istirahətə gedib.  

Qaldığı hündürmərtəbəli oteldən şəhərə açılan möhtəşəm mənzərəni “İnstagram” hesabının “Hekayə” bölümündə paylaşan idmançı yarıçılpaq vəziyyətdə özünü də videoya çəkməyi unutmayıb.  

Şanxay şəhərini qarış-qarış gəzən K.Zeynallı elit gecə klublarından birinə üz tutub. Klubda əylənən Kamil disko musiqinin sədaları altında qol qaldırıb oynayıb.  

Qeyd edək ki, məşhur idmançı Kamil Zeynallı müğənni Gülay Zeynallı ilə evlidir. Cütlüyün bu nikahdan Sahilə adlı qız övladları var.  

Rəşad Əliyev 

0.33108377456665