“Ayıq sürücü”nün məsuliyyətsizliyi qəzaya səbəb oldu: Prospektdə tıxac yarandı - FOTO

Bakının Nizami rayonunda yol qəzası baş verib. 

APA-nın məlumatına görə, avtoqəza Heydər Əliyev prospektində qeydə alınıb. Hadisə zamanı BMW və “Hyundai” markalı avtomobillər toqquşub. 

BMW markalı nəqliyyat vasitəsinin sahibi APA-ya bildirib ki, onun avtomobilini “ayıq sürücü” idarə edirmiş. Ancaq o, qadağan olunmuş hissədə geriyə manevr etmək istəyərkən “Hyundai” markalı avtomobilin qarşısına keçib və qəza qaçılmaz olub. 

Yol qəzasından sonra prospektdə güclü tıxac yaranıb. Əraziyə YPX müfəttişləri cəlb olunub. 

Hadisənin təfərrüatları araşdırılır. 

0.44452595710754