FİFA “Livepul”a qələbəni bayram etməyə icazə vermədi

“Liverpul”un baş məşqçisi və futbolçular klublararası dünya çempionatının final oyunundan sonra klub üzvlərinin qələbəni azarkeşlərlə birgə qeyd etməsinə icazə verilməməsindən narazı qalıblar.

“Daily Mail” məlumat verir ki, Braziliyanın “Flamenqo” klubu üzərində minimal hesabla qələbə qazanan “Liverpul” klubu tarixində ilk dəfə sözügedən titula sahib çıxıb.

Qələbəni azarkeşlərlə birgə qeyd etmək istəyən futbolçular və rəhbərlik tribunalara yaxınlaşmağa çalışsalar da, FİFA nümayəndələri təhlükəsizlik səbəblərindən dolayı buna imkan verməyiblər.

Klub rəhbərliyi və baş məşqçi FİFA-nın tətbiq etdiyi qaydadan şikayət ediblər. 

0.35050106048584