Türkiyə millisinin ulduzu Avropa çempionatından kənarda qala bilər

Fransanın “Lill” klubunun formasını geyinən türk ulduz Yusuf Yazıcının ön çarpaz bağlarında qopma aşkarlanıb.

“Milliyyət” xəbər verir ki, Yazıcı zədə səbəbindən mövsümü qapayıb və Türkiyə millisinin həkimi Ufuk Şəntürk tərəfindən əməliyyat olunacaq.

Yusuf Yazıcı həftə sonu komandasının “Monako”ya 5-1 hesabı ilə məğlub olduğu qarşılaşmanın 39-cu dəqiqəsində zədələnərək meydanı tərk edib. “Lill”in baş məşqçisi Kristofer Qaltier oyundan sonra Yazıcının zədəsinin ciddi olduğunu qeyd edib.

Mövsümü zədə səbəbindən başa vuran oyunçunun Türkiyə millisinin heyətində 2020-ci il Avropa çempionatında iştirak etməsi ehtimalı da olduqca aşağıdır.

0.39534592628479