Bakının ayrı-ayrı yerlərində iki nəfər bıçaqlandı, vəziyyətləri ağırdır

Paytaxtın müxtəlif yerlərində iki bıçaqlanma hadisəsi qeydə alınıb.

Bakunews.media xəbər verir ki, hər iki halda zərərçəkənlər xəstəxanaya yerləşdirilib.

İlk hadisə metronun “Nəriman Nərimanov” stansiyasının yaxınlığında qeydə alınıb. 1986-cı il təvəllüdlü Quliyev Rüstəm Cəbrayıl oğlu tanımadığı şəxslə mübahisə zəminində bıçaqlanıb.

Xəstəxanaya çatdırılan kişinin vəziyyəti ağırdır. Ona döş qəfəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.

İkinci hadisə Binəqədidə baş verib.

1989-ci il təvəllüdlü Sərxan Küclü Fəhmin oğlu “Qız qalası” marketin yaxınlığında  naməlum şəxs tərəfindən bıçaqlanıb və ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Faktlarla bağlı Nərimanov və Binəqədi Rayon Polis İdarələrində araşdırma aparılır.

Kamil Əmirli

0.27893996238708