Ramanada 30 yaşlı qadını çay evində döyüb xəstəxanalıq etdilər

Sabunçu rayonunda mübahisə zəmnində döyülmə hadisəsi baş verib.  

Bakunews.media xəbər verir ki, hadisə Yeni Ramana qəsəbəsi, Sovxoz yaşayış massivində yerləşən “Xrom” çay evində qeydə alınıb.  

Mübahisə zamanı 1989-cu il təvəllüdlü Mustafayeva Günay Şəmsəddin qızı döyülərək xəsarət alıb.  

Yaralı ağır vəziyyətdə 3 saylı şəhər xəstəxanasına yerləşdirilib. Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.  

Kamil Əmirli 

0.31093406677246