Putindən etiraf: “Son vaxtlar 4-5 saat yatıram” - VİDEO

Moskvanın mərkəzində, Qırmızı Meydanda Yeni il münasibətilə baş tutan xokkey qarşılaşmasında iştirak edən Rusiya Prezidenti Vladimir Putin fasilədə oyun barədə danışarkən son vaxtlar çox az yatdığını qeyd edib.

Life.ru xəbər verir ki, dövlət başçısı ilə söhbət zamanı biznesmen Gennadi Timçenko çox çalışdığını və buna görə də məşqlərə lazımi vaxt ayıra bilmədiyini söyləyib.

“Az yatmışam – 4-5 saat. Çox azdır”, - Rusiya lideri Timçenkoya cavab olaraq deyib.

Xatırladaq ki, Moskvanın mərkəzində, Qırmızı Meydanda Yeni il münasibətilə baş tutan ənənəvi Gecə Xokkeyi Liqasında Rusiya Prezidenti Vladimir Putin də oynayıb. 

Dövlət başçısı adəti üzrə 11 nömrəli forma ilə meydana çıxıb. Görüş “Qırmızılar”ın 8:5 hesablı qələbəsi ilə yekunlaşıb. Şaybalardan yarıdan çoxunu rəqib qapısından məhz Putin keçirib.

0.31701803207397