Netanyahu səhnədən birbaşa sığınacağa təxliyyə edildi

İsrailin Baş naziri Benyamin Netanyahu Qəzza zolağından ölkə istiqamətinə raket buraxılışının həyata keçirilməsi nəticəsində Aşkelon şəhərində yerləşən sığınacağa təxliyyə olunub.

“Times of Israel”in məlumatına görə, Netanyahu sözügedən şəhərə partiyasının seçkiqabağı mitinqi ilə bağlı yollanıb.

Baş nazir birbaşa olaraq səhnədən təxliyyə edilib.

İsrail ordusu ölkə istiqamətində buraxılan raketin zərərsizləşdirildiyini açıqlayıb.

0.40142512321472