Azranking.az internet portalının təqdimatı keçirilib - FOTO
Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Katibliyi qurumun fəaliyyəti və Azranking.az internet portalının imkanları barədə media nümayəndələri üçün məlumatlandırma tədbiri keçirib.
Bakunews.media xəbər verir ki, tədbirdə komissiyanın fəaliyyəti, komissiya çərçivəsində biznes mühitinin əlverişliliyinin artırılması istiqamətində hazırlanan islahat təşəbbüsləri barədə geniş məlumatlar verilib. Komissiyanın işçi qruplarının fəaliyyətinin təşkili, o cümlədən 2024-cü il üzrə təsdiq olunan yol xəritələri və fəaliyyət planları barədə məlumat təqdim edilib.
Tədbirdə, həmçinin, komissiyanın Azranking.az internet portalının funksional imkanları və innovativ alətləri barədə təqdimat keçirilərək, iqtisadi təşəbbüslərin hazırlanmasında özəl sektorun aktiv iştirakı üçün əlverişli şəraitin yaradıldığı bildirilib.
“E-iştirakçılıq”, “Online müraciət”, “Rəqəmsal təqvim” platformaları, “Bençmarkinq” sistemi vasitəsilə maraqlı tərəflərin, o cümlədən sahibkarların və ictimaiyyət nümayəndələrinin hazırlanan islahat təşəbbüsləri barədə öz təkliflərini təqdim etmək, müzakirələrdə iştirak etmək imkanlarının olduğu vurğulanıb.
Bu cür platformaların cəmiyyətin islahat təşəbbüslərinin hazırlanması prosesində şəffaf və çevik iştirakına imkan yaratdığı bildirilib.
Daha çox foto burada: PhotoStock.Az