Onilliyin ən zəngin musiqiçisinin adı açıqlandı

Repçi və prodüser Dr.Dre (Andre Romell Yanq) onilliyin ən zəngin musiqiçisi seçilib.

“Forbes”in yaydığı məlumata görə, onun sərvəti 950 milyon dollar həcmində qiymətləndirilib.

Sonuncu albomunu 2015-ci ildə buraxan repçi 2014-cü ildən “Apple” şirkətinə məxsus olan audioavadanlıq istehsalçısı “Beats Electronics”in səhmlərinin 20 faizinə sahibdir.

Siyahının ikinci pilləsində 825 milyon dollar sərvəti olan Teylor Svift, üçüncü pilləsində isə 685 milyon dollarlıq sərvətin sahibi Beyons qərarlaşıb.

0.49902820587158