Bakının iki ayrı rayonunda iki piyada vuruldu

Bakıda piyadaların vurulması ilə nəticələnən iki qəza hadisəsi baş verib. 

Bakunews.media xəbər verir ki, hadisələrdən biri Xəzər rayonunun Binə qəsəbəsində qeydə alınıb. 

Minik avtomobili 1976-cı il təvəllüdlü Babayev Vüqar Səfər oğlunu vurub.

Yaralı xəstəxanaya çatdırılıb. Ona sağ dizin əzilmiş yarası, barmaqların sıyrılmış-kəsilmjş yarası diaqnozu qoyulub.

Xətai rayonunda da yol-nəqliyyat hadisəsi zamanı 1 nəfər xəsarət alıb.

Qəza “Tac Mahal” restoranın yaxınlığında qeydə alınıb.

Avtomobil yolu keçmək istəyən 1989-cu il təvəllüdlü Cəfərov Nəriman Zaur oğlunu vurub.

Yaralı xəstəxanaya çatdırılıb.

Hər iki faktla bağlı araşdırma aparılır.

Kamil Əmirli

0.96604704856873