Türkiyədə azərbaycanlı alim vəfat etdi

Türkiyənin Erciyes Universitetin incəsənət fakültəsinin dosenti, musiqi kafedrasının dosenti azərbaycanlı Müzəffər Əsgərov vəfat edib.

Bakunews.media Türkiyə KİV-nə istinadən xəbər verir ki, M.Əsgərovun ürək tutmasından vəfat etdiyi bildirilib.

Onun Türkiyə sevdalısı olduğu yazılıb.

M.Əsgərov üçün təşkil edilən vida mərasimdə onun həyat yoldaşı, həmin kafedrada işləyən professor Nigar Əsgərova, universitetin rektoru Mustafa Çalış, professor-müəllim heyəti və tələbələr iştirak ediblər.

Mərhum vəsiyyəti üzrə Kayseri Asri Məzarlığında dəfn edilib.

Qeyd edək ki, M.Əsgərov 1997-ci ildə Türkiyəyə gedib.

Aqşin Kərimov

0.40635085105896