“BMW”nin sürətlə adamla dolu dayanacağa girmə anı – VİDEO

Rusiyanın Volqoqrad şəhərində “BMW” sürücüsü idarəetməni itirərək son sürətlə dayanacağa girib, sonra isə hadisə yerindən qaçıb.

Bu barədə V1.ru Rusiya Daxili İşlər Nazirliyinin regional idarəsinin mətbuat xidmətinə istinadən məlumat yayıb.

Agentliyin məlumatına görə, qəza dekabrın 28-də səhər saatlarında Voljskiy şəhərində baş verib. Küçəyə quraşdırılan müşahidə kamerasında əks olunan görüntülərdə sol zolaqla hərəkət edən avtomobilin qəfil sağa dönməsi və içərisində adamların olduğu dayanacağa çırpılması görünür. Xoşbəxtlikdən onlar arasında xəsarət alan olmayıb.

Sürücü hadisə yerindən qaçıb. Polis onun axtarışına başlayıb. Maşında olan sərnişin isə müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. 

0.30535387992859