Baş nazir bu kitabxanaya “Respublika” statusu verdi – İşçilərin sayı azaldıldı

Nazirlər Kabineti Respublika Elmi-Texniki Kitabxanasına “Respublika” statusunun verilməsi haqqında qərar qəbul edilib.

Bakunews.media xəbər verir ki, müvafiq qərarı Baş nazir Əli Əsədov imzalayıb. Əqli Mülkiyyət Agentliyi Maliyyə Nazirliyi ilə birlikdə bu qərardan irəli gələn məsələləri həll etməlidir.

Baş nazirin digər qərarı ilə Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Respublika Elmi-Texniki Kitabxanasının işçilərinin say həddi təsdiq edilib.

Kitabxananın işçi sayı 126-dan 100-ə endirilib.

0.36144781112671