Ağcabədidə qəza: 84 yaşlı sürücü ölüb

Ağcabədidə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

APA xəbər verir ki, Hindarx qəsəbəsində 1991-ci il təvəllüdlü Emil Sahib oğlu Mirzəyevə məxsus VAZ-21011 markalı avtomobillə 1940-cı il təvəllüdlü Türbəndə Talış oğlu Quliyevə məxsus VAZ-2106 markalı avtomobil toqquşub.

Nəticədə Türbəndə Quliyev aldığı xəsarətlərdən xəstəxanada ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.

0.33225703239441