Bakıda minik avtomobili yük maşınına çırpılıb, 2 nəfər xəsarət alıb

Binəqədi rayonunda yol-nəqliyyat hadisəsi zamanı 2 nəfər xəsarər alıb.

Qəza Binəqədi-Balaxanı yolunda baş verib. “VAZ 2107” markalı minik avtomobilinin sürücüsü idarəetməni itirərək “Shacman” markalı yük maşınına çırpılıb. Hadisə nəticəsində “VAZ 2107”də olan 1995-ci il təvəllüdlü Əhmədov Fərrux İntiqam oğlu və onun qardaşı, Əhmədov Fərid İntiqam oğlu xəsarət alıblar. 

Hər iki yaralı xəstəxanaya yerləşdirilib. Onlardan biri döş qəfəsindən ağır xəsarət aldığından cərrahi əməliyyat edilib.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.

Kamil Əmirli

0.30185914039612