Pelleqrini “Lester” məğlubiyyətindən sonra istefaya göndərildi

Londonun “Vest Hem” klubu baş məşqçi Manuel Pelleqrinini istefaya göndərib.

Vesti.ru xəbər verir ki, sözügedən qərara səbəb komandanın Premyer Liqada uğursuz çıxışı olub.

Pelleqrinin çalışdırdığı komanda 19 turdan sonra çempionatda 17-ci pillədə qərarlaşıb. İstefa qərarı Pelleqrinin komandasının son turda evində “Lester”ə 1:2 hesabı ilə uduzmasından sonra qəbul edilib.

Xatırladaq ki, məşhur məşqçi Manuel Pelleqrini 2014-cü ildə “Mançester Siti” ilə çempion tituluna yiyələnib. Pelleqrini, həmçinin, İspaniyanın “Vilyareal”, “Malaqa” və “Real”, Argentinanın “River Pleyt” və “San Lorenso” klublarını çalışdırıb.

0.38440799713135